• 00:20 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı: 
  • 23:16 – "3+3" formatının qapıları Gürcüstan üçün hər zaman açıqdır - BƏYANAT 
  • 23:01 – Bayramovdan Ərdoğanla görüşü ilə bağlı PAYLAŞIM 
  • 22:56 – Fransa bacarmadı: Türkiyə “SOM Şahin”i Bakıya verir 

Maduro "WhatsApp"ı ittiham etdi: "Hər kəsi hədələyirlər"



 


Maduro "WhatsApp"ı ittiham etdi: "Hər kəsi hədələyirlər"

Venesuela prezidenti Nikolas Maduro “TikTok”, “Instagram” və “WhatsApp” kimi sosial media platformalarını “kiber faşizm” tətbiq etməkdə ittiham edib.

XEBERTV.AZ   xəbər verir ki, o, açıqlamasında bu platformaların Venesuela hökumətinə qarşı sistemli senzura tətbiq etdiyini və hökumətyönlü hesabları blokladığını iddia edib.

Sosial media platformalarının bu münasibətini “rəqəmsal totalitarizm” olaraq xarakterizə edən Maduro, Venesuela xalqının məlumat almaq hüququnun qarşısının alındığını bəyan edib.

O, həmçinin “WhatsApp”-ın faşistlər tərəfindən zorakılıq yaymaq üçün istifadə edildiyini iddia edib və tətbiqdən könüllü çəkilməyə çağırıb.

“WhatsApp vasitəsilə onlar hərbçilərin ailələrini, polisləri, məhəllə rəhbərlərini, camaatı, özünü faşizm tərəfdarı hesab etməyən hər kəsi hədələyirlər”, - deyə Maduro əlavə edib.

Qeyd edək ki, Venesuela hökuməti ilə ABŞ-da yerləşən sosial media platformaları arasında uzun müddətdir davam edən gərginlik var. Maduro administrasiyası daha əvvəl "Facebook" və "X" (keçmiş "Twitter") kimi platformaları senzura və təbliğat yaymaqda ittiham edib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →