• 20:47 – QARABAĞ MÜHARİBƏ VETRANI-nın  harayına səs verəsiniz 
  • 20:37 – DYP sürücülərə müraciət ETDİ 
  • 20:31 – ABŞ bu ölkədən ordusunun bir hissəsini çıxarır 
  • 21:36 – Azərbaycan İran komandasına viza verməyib? – Rəsmi 

Aktyor Mahir Mirişli iş axtarır...



 

BAKI-XEBERTV.AZ

Aktyor Mahir Mirişli iş axtarır...

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti düşmənə layiqli dərs verdi.  İşğal olunan ərazilərin böyük əksəriyyəti düşmən tapdağından təmizləndi. Erməni hərbi birləşmələri çoxsaylı itki verərək geri çəkildilər.Qələbənin qazanılması naminə təkcə hərbi qulluqçular deyil, həmçinin, müxtəlif peşə sahibləri əzmkarlıq nümayiş etdirdilər.Belə şəxslərdən də biri Biləsuvar rayonunun yetirməsi Mirişov Mahir Fətulla oğludur(təxəllüsü-Mahir Mirişli). Mahir 31 avqust 1978-ci ildə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Aktyor ixtisası üzrə bitirib. Biləsuvar rayon Mərkəzi Mədəniyyət Evinin direktoru (2003-2005), Şuşa Dövlət Dram Teatrının aktyoru (2008-2015), Azərbaycan Televiziyasında Dublyaj aktyoru (2015-2020) vəzifələrində çalışıb. Hazırda işsizdir. Həddi-büluğa çatmamış 2 övladını təkbaşına böyütmək məcburiyyətindədir.
Uzun müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aidiyyəti şöbələrinə, həmçinin,  Akademik Milli Dram Teatrının, Musiqili KomediyaTeatrının, Şuşa Dövlət Musiqili  Dram Teatrının, İrəvan Dövlət Dram Teatrının və Bakı Bələdiyyə Teatrının Rəhbərlərinə müvafiq iş tapmaq məqsədilə müraciət etsə də rədd cavabı verilib. Mahir bəyin dediyinə görə yaşadığı Qobu kəndində onun ixtisasına uyğun iş olsa da Abşeron rayon Mədəniyyət Evinin rəhbərliyi daş atıb-başını tutub.
Maraqlıdır, nəyə görə?
Qeyd:biz, qarşı tərəflərin də fikrini eşitmək istərdik.

Şamil Sabiroğlu, jurnalist.
11.05.2024.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →