• 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 22:52 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 
  • 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 12:04 – TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi 

Vətəndaşlar nağdsız ödənişlərə üstünlük verir

Nağdsız ödənişlərə artan maraq nəzərə alınaraq, vətəndaşlar arasında sorğu keçirilib, onların fikirləri öyrənilib.

Media Təhlil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sorğuda iştirak edən 1219 respondentin 24 faizini qadınlar, 76 faizini kişilər təşkil edib. Məlum olub ki, respondentlərin 96 faizi nağdsız ödənişlərdən istifadə edir. Belə ki, sorğu iştirakçılarının 30,7 faizi nağdsız ödənişlərdən daha təhlükəsiz və rahat olduğuna, 22,9 faizi vaxta qənaət imkanı yaratdığına, 38,6 faizi isə keşbek qazandırdığına görə faydalanır. Digər üstünlüklərinə görə, nağdsız ödəniş metodunu əlverişli hesab edənlər respondentlərin 3,3 faizini təşkil edib. İştirakçıların 4,5 faizi isə nağdsız ödənişlərdən istifadə etmədiyini bildirib.

Respondentlərin 10,5 faizi Hökumət Ödəniş Portalı, 4,7 faizi “ASAN ödəniş” sistemi, 12,8 faizi “Hesab.az” ödəniş sistemlərinə üstünlük verir. Sorğu iştirakçılarının 76 faizi nağdsız ödənişlər üçün quraşdırılan POS-terminalların fəaliyyətindən razı olsa da, 24 faizi narazıdır. Respondentlərin 24,2 faizi son 2 ayda onlayn alış-verişə 100 AZN-ə qədər, 16,8 faizi 200 AZN-dək, 13,5 faizi 300 AZN-ə qədər, 7,8 faizi 400 AZN-dək, 37,7 faizi isə 400 AZN-dən çox pul xərclədiyini deyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →