• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

“Azərişıq”ın Strateji İnkişaf Planı açıqlanıb

Dekabrın 7-də “Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının (ASİP) təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, ASC sədrinin müavini Ramil Yusifov tədbir haqda məlumat verib. Bildirilib ki, sənədin məqsədi, ölkənin artan enerji tələbatına və sosial ehtiyaclarına cavab verən strateji planının əsasında növbəti dövrlərdə işlərin icrasıdır. Eyni zamanda, bu sənəd, enerji təchizatı sistemi üzrə etibarlılığının artırılmasına, elektrik enerjisi itkilərinin azadılmasına, müasir idarəçilik üzrə alətlərin təkminləşdirilməsinə xidmət edəcək.

“Decon İnternational” şirkətinin nümayəndəsi H. Sandman ASİP-ə Liberal Bazar Modeli, Elektrik enerjisinə tələbata və itkilərin azaldılmasına dair qiymətləndirmələr və proqnozlar, enerji itkiləri, yenidənqurma və investisiya tələbləri, CO2 emissiyasının azaldıması və enerji səmərəliliyinin təşviqi, maliyyə resurslarının mobilizasiyası və maliyyələşdirmə strategiyası, iqtisadi-maliyyə qiymətləndirməsi və tarif/marja təsirləri, rəqəmsallaşdırılma və müasirləşdirilmə, kadr potensialının inkişaf strategiyası və fəaliyyət planı daxil edildiyi haqda ətraflı məlumat verib.

“Azərişıq” ASİP-də istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün paylayıcı şəbəkə infrastrukturlarının tamamilə yenidənqurulmasının tələb olunduğu yerlərdə innovativ sistemlərin qurulması, müasir texnoloji həllər və yaşıl enerji texnologiyalarının tətbiqinin daha məqsədəuyğun olması qeyd olunur.

Tədbir müxtəlif qurum və şirkətlərin nümayəndələrini maraqlandıran sualların müzakirəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →