• 20:20 – Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi 
  • 20:11 – Taliban və Pakistan arasında silahlı toqquşma 
  • 20:06 – Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? 
  • 20:02 – Ukrayna əsgərləri bu şəhərdə bayraq sancdılar 

Avtomobil almaq istəyənlərin nəzərinə - Bu aydan qiymətlər qalxacaq



Avtomobil almaq istəyənlərin nəzərinə - Bu aydan qiymətlər qalxacaq


 

Avtomobil bazarında durğunluq yaşanır.

XEBERTV.AZ  xəbər verir ki,bunu Trend-ə avtomobil satışı il məşğul olan Bəhruz Bayramov deyib.

Onun sözlərinə görə, yay mövsümü durğunluq olmasına baxmayaraq bəzi avtomobillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən xaricdən gətirilən ili təzə olan avtomobillərdədir.

"Səbəb kimi isə xaricdən gələn avtomobillərin daşınma xərclərinin artması və ölkəmizə 2013-cü ilə qədər olan avtomobillərin ölkəmizə buraxılmamasıdır."

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, istehsal ili 2013- cü ildən aşağı olan avtomobillər ölkəyə buraxılmaması qərarı qüvvəyə minəndən sonra ölkədə köhnə avtomobillərin qiyməti 10% bahalaşdı.

"Hazırda bazar vəziyyəti özü tənzimləyir. Qiymətlər sabitləşib. Hazırda avtomobil bazarında durğunluqdur. Bu ənənəvi olaraq hər mövsümdə təkrarlanır. Payıza qədər "ikinci əl" avtomobillərin qiymətində bahalaşmanın olması gözlənilmir. Bahalaşma avqust aylarında yeni avtomobillərdə olacağı gözlənilir. Bahalaşmanın 3% olacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →