• 09:23 – Dünyanın ən təhlükəli meduzası rusiyalı turistin gözlərini yandırdı 
  • 09:15 – Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi 
  • 09:12 – Laçının Bəylik kəndinə daha 38 ailə yola salındı 
  • 23:04 – Tramp Netanyahudan İranla bağlı bunu tələb etdi 

İsrail bizə yalvarmağa məcbur oldu - SEPAH



İsrail bizə yalvarmağa məcbur oldu - SEPAH

İranın İsrailə qarşı cavab əməliyyatı Təl-Əvivi qorxutdu və İsrail hakimiyyətini Tehrana əlavə addım atmaması üçün yalvarmağa sövq etdi.

XEBERTV.AZ  Axar.az -a istinadən xəbər verir ki, bu sözləri SEPAH-ın aerokosmik diviziyasının komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib.

İranlı generalın sözlərinə görə, İsrail aprelin əvvəlində İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hücum edərək ciddi yanlışa yol verib:

"İran rəsmiləri müharibə istəmir. Lakin onlar israillilərin nəzərə almadıqları müəyyən "qırmızı xətləri" görürlər. İsrail hakimiyyəti İranın reaksiya verəcəyini gözləmirdi. Tehranın qətiyyətli cavab verəcəyini görən İsrail rəsmiləri vasitəçilər vasitəsilə bizə təhdidlərini çatdırdılar. Lakin bir neçə gün sonra onlar başa düşdülər ki, İran təhdidlərə əhəmiyyət verməyəcək".

O qeyd edib ki, İsrail hakimiyyəti bəzi qonşu ölkələrdəki həmkarlarından İran hərbçilərini cavab tədbirlərinin intensivliyini azaltmağa razı salmağı xahiş edib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →