• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

“Sədərək” ticarət mərkəzindəki yanğında polis əməkdaşı tüstüdən zəhərlənib

“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

AZƏRTAC Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun müalicəsi davam etdirilir.

Sədərək ticarət mərkəzində baş verən yanğın zamanı ilk dəqiqələrdən polis əməkdaşları hadisə yerinə cəlb edilmiş, təhlükəsizliyi təmin etmiş, köməyə ehtiyacı olanlara köməklik göstərmişlər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da həmin əraziyə yanğınsöndürən maşınların və təcili tibbi yardım avtomobillərinin maneəsiz hərəkətini, eyni zamanda yolda təhlükəsiz qaydada hərəkətin bərpasını təmin etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →