• 13:54 – Xalqın televiziyası olmalıdır! - Namizəd 
  • 20:32 – Türkiyədə bələdiyyə sədri güllələndi 
  • 20:27 – Bu halda istefa verəcəyəm - Paşinyan 
  • 20:24 – Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı 

Xalqın televiziyası olmalıdır! - Namizəd

Hüquqşünas, jurnalist, namizəd
Anar Əlişah oğlu Nağıyev


BAKI-XEBERTV.AZ  

Xalqın televiziyası olmalıdır! - Namizəd

Bu gün Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) yeni baş direktor seçki günüdür. Əgər mən namizəd Anar Əlişah oğlu Nağıyev İctimai Televiziyaya sədr seçilsəm, xalqın televiziyası olan İTV-də bir sıra mühüm dəyişikliklər həyata keçirərəm.
Əsas məqsədim televiziya sahəsində keyfiyyətli yayımın təmin olunması, peşəkar xidmətin təşkili və xalqın maraqlarına xidmət edən proqramların hazırlanması olardı. İctimai Televiziya xalqın səsi, xalqın tribunası və xalqın güzgüsü kimi fəaliyyət göstərməlidir.
Televiziyada yayımlanan proqram və verilişlər yüksək peşəkarlıq səviyyəsində təşkil olunardı. Real gündəmi əks etdirən debatlar, ekspert müzakirələri, maarifləndirici və sosial layihələr efirdə əsas yer tutardı. “Seçici səsi” adlı veriliş yaradaraq millət vəkillərinin seçicilərlə görüşlərini, problemlərin müzakirəsini və ictimai hesabatlarını təşkil edərdim.
Mədəniyyət sahəsində zövqsüz və savadsız musiqilərin efirdə üstünlük təşkil etməsinin qarşısını alar, əsl sənət adamlarına, bəstəkar, şair, yazıçı, jurnalist, rəssam, heykəltəraş və yaradıcı insanlara geniş yer verərdim. İstedadlı uşaqlar, peşəkar sənətkarlar və gənc yaradıcılarla bağlı xüsusi proqramlar hazırlanardı.
Təhsil sahəsində bilik yarışları, olimpiadalar, maarifləndirici layihələr və uşaqların vətənpərvər ruhda böyüməsinə xidmət edən proqramlar təşkil olunardı. Gələcəyimiz olan uşaqların savadlı, sağlam və milli-mənəvi dəyərlərə bağlı yetişməsi əsas prioritetlərdən biri olardı.
Səhiyyə sahəsində insanların sağlam həyat tərzi, tibbi maarifləndirmə və sosial problemlərin həlli istiqamətində həkim və ekspertlərin iştirakı ilə verilişlər hazırlanardı.
İdman sahəsində televiziya tərəfindən müxtəlif yarışlar, bölgələrdə idman tədbirləri və gənclərin asudə vaxtının səmərəli təşkili üçün layihələr həyata keçirilərdi.
Regionların inkişafı daim diqqət mərkəzində saxlanılardı. Kənd təsərrüfatı, torpağa qayıdış, boş qalan kəndlərin yenidən canlandırılması, bölgələrdə yaşayan insanların problemləri və onların həlli yolları barədə maarifləndirici proqramlar efirə çıxarılardı.
Xaricdə yaşayan soydaşlarımızın həyatı, fəaliyyəti və uğurları barədə xüsusi layihələr hazırlanaraq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılardı.
“Ailə”, “Sosial dəstək”, “İşsizlik probleminin həlli”, “Ağsaqqal sözü”, “Pensiyaçı həyatı”, “Din və mənəviyyat” kimi proqramlarla cəmiyyətin müxtəlif təbəqələrinin problemlərinə diqqət ayrılardı. İslam dini savadlı və düzgün şəkildə təbliğ olunaraq insanların maariflənməsinə töhfə verilərdi.
“Vətən sərhəddən başlayır” adlı vətənpərvərlik proqramları ilə gənclərdə dövlətə, xalqa və torpağa sevgi hissi gücləndirilərdi.
Televiziyada çalışan diktor, aparıcı və efirə çıxan şəxslər nümunəvi davranışı, savadı, mədəniyyəti və peşəkarlığı ilə seçilən insanlar olardı.
Mən sədr seçilərəmsə, İctimai Televiziyanı yalnız xalqa xidmət edən, xalqın problemlərini işıqlandıran, maarifləndirən və cəmiyyətin inkişafına töhfə verən bir televiziya kimi idarə edərəm.
Xalqın televiziyası xalqa xidmət etməlidir.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →