• 14:39 – Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar... 
  • 14:35 – Putin güzəştə getməyə hazırdır - Tramp 
  • 14:29 – Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti 
  • 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 

Şəkidən Bakıyadək piyada yürüş təşkil olunacaq!









BAKI-XEBERTV.AZ

Şəkidən Bakıyadək piyada yürüş təşkil olunacaq!

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvü, "Qladiator" İdman Klubunun Prezidenti, I Vətən müharibəsinin iştirakçısı Azad Əsgər oğlu Məmmədovu tanıtmağa ehtiyac yoxdur. Şəki rayonu Qoxmuq kəndinin yetirməsi olan Azad Məmmədov idmanın cüdo və qaydasız döyüş növləri ilə peşəkar şəkildə məşğul olub. O,   Rusiya və Azərbaycan çempionu  adını qazanıb.
Azad müəllim bir neçə tərəfdaşı ilə birgə Şəki şəhərindən Bakıya piyada yürüş təşkil etmək niyyətindədir. Yürüş dekabrın 11-i səhər saat 9-da Ulu Öndərin Şəki şəhərindəki abidəsini ziyarətlə başlanacaq.Biz, yürüş öncəsi Azad Məmmədovla görüşdük.O, dedi:
-Azərbaycanda ictimai - siyasi sabitliyin bərpası və qorunmasında Ulu Öndər Heydər Əliyevin, həmçinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Peşəkar idmançı olaraq öz dəstəyimi nümayiş etdirmək məqsədilə belə bir addım atıram. Belə ki, mən həm Dahi Şəxsiyyət Heydər Əliyevin vəfatının ildönümü, həm cənab Prezident İlham Əliyevin doğum günü, həm də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar bu yürüşdə iştirakıma razılıq vermişəm. Məqsədim Ölkəmizdə mövcud olan sabitliyə öz töhfəmi verməkdən ibarətdir.
Dəyərli dostlar, xatırladıram ki, piyada yürüş dekabrın 23-ü yekunlaşacaq.

Şamil Sabiroğlu, jurnalist.
10.XII.2025.

Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →