• 21:26 – Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib 
  • 19:00 – Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik - Vuçiç 
  • 18:58 – ABŞ ordusu Fələstin anklavında yer almayacaq? 
  • 18:52 – Sumqayıtda Yeni Avtobus Xətləri: 

Ravvin Şmuel Simantov: “İsrail də Azərbaycan da bütün dünya ölkələri üçün nümunədir”



Ravvin Şmuel Simantov: “İsrail də Azərbaycan da bütün dünya ölkələri üçün nümunədir”
Xebertv.az Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantovla müsahibəni təqdim edir.
İlk öncə xoş gördük sizi, Şmuel müəllim. Çox sağ olun ki, vaxt ayırıb müsahibə verirsiniz. İlk sualım belədir: Siz vətəndən kənarda Azərbaycan və İsrail birliyini, mədəniyyətini təmsil edirsiniz. Ümumiyyətlə, hansı fəaliyyətlərlə məşğulsunuz?
Mən hesab etmirəm ki, vətəndən kənardayam. Mən bir vətəndən o biri vətənə gedirəm. Yəni bir çayın bu tayından o tayına keçirəm. Mənim üçün həm Azərbaycan, həm də İsrail doğmadır, əzizdir.İstər İsrailə, istər dünyanın hansısa ölkəsinə gedirəmsə, Azərbaycanı təmsil etmək və yaxud da İsraili təmsil etmək mənim üçün sadəcə bir iş deyil, borcdur. Bu borc bir insanın vətənə, valideynlərinə, ona verilən tərbiyəyə qarşı olan mənəvi borcudur.
Bilirik ki, 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana dəstək göstərdi. Siz o dövrü necə xatırlayırsınız?
-O dövrdə bu yanlız yardım deyildi həm də qardaşlıq münasibəti idi. Hər kəs gördü ki, Azərbaycan tolerant, çoxmillətli bir dövlətdir. Burada müsəlman, yəhudi, ləzgi və digər millətlər bir arada dinc yaşayırlar.
Bir hadisəni danışmaq istəyirəm. Elə oldu ki, yəhudi qəbiristanlığına getməliydim. Taksiyə mindim. Bakı şəhərində iki yəhudi qəbiristanlığı var. Mən yas mərasimi olan qəbiristanlığa getməliydim. Səhvən birincisinə getdim. Sonra orda bir ravvin var. Ravvinə zəng etdim, dedi ki, o deyil, o birinə təzə qəbiristanlığa getməlisən. Sonra başqa bir taksiyə mindim. Sürücü Lənkəranlı idi. Mənim başımdakı kipanı gördü dedi:“Siz bizim qardaşımızsınız”.
Dedimki filan yerə getməliyik.Dedi qardaş bilirsən nə var xahiş edirəm mənə ünvanı göndər.Ravvinə zəng elədim. Qəbiristanlığın yerləşdiyi ərazini ünvanını göndərdi.Sonra sürücünün nömrəsini aldım. Yas mərasiminin olduğu yerə gəldim.1-2 saat sonra yenidən taksi sifariş etdim. Bakıxanova getməli idim.Böyük bir məsafə idi. Bakıxanova gəldim. Taksinin ödənişi edərkən gördüm ki, cibimdə pul yoxdur.Dostum kömək etdi. O,sürücünün pulunu verib yola saldı. Ağlıma gəldi ki, bundan əvvəl mən bir taksiyə minmişəm.Gör yaradan elə yaradıbdır ki, o elə etdi ki, mən sürücüyə ünvanı göndərdim və onun nömrəsini telefonuma yazım. Zəng etdim. Telefonu həmin adam götürdü. Birinci tanımadı soruşdu kimdir zəng edən. Dedim ki, bayaq sizin taksiyə oturan adamam.Dedi xatırladım qardaş xoş gördük nə istəyirdin? Soruşdu ki, qayıdırsan? Elə bildi ki, mən Binə tərəfdəyəm. Dedim yox. Dedi mən də hələ indiyənəkimi sərnişin tapmamışam.Dedim qardaş mən deyəsən pulum sizin maşında qalıb.Dedi gözdə baxım, hələ heçkim maşında oturmayıb. Sonra dedi ki, bəli qardaş sizin pulunuz burdadır. Sürücü Bakıxanova gəldi. Mənə bu sözləri dedi : “Sizin millət bizim millətlə qardaşdır.Siz bizim qardaşımızsınız və bu pulu yemək olmaz. Bu pulu gətirib sizə çatdırmalı idim”.Bu hadisə bir daha göstərdi ki, Azərbaycandakı, insanlar mərifətli, vicdanlı və insani dəyərlərə sahibdirlər. 44 günlük müharibə zamanı İsraildə yaşayan insanlar Azərbaycana dəstək olurdular. Belə bir gözəl vətəni dünyada təbliğ etmək bizim borcumuzdur.İsrail də Azərbaycan da bütün dünya ölkələri üçün nümunədir.Bu onu göstərir insanlar birlik içində terrorla yox qardaşlıqla yaşaya bilərlər.
Sizcə Azərbaycan və İsrail xalqları arasında hansı mədəni oxşarlıqlar və ortaq dəyərlər var?
-Mən bayaq da bildirdim mən evdən evə gedirəm. Kənardan baxanlar müqayisə edər lakin mən heç vaxt ayırmıram.Mən ravvinəm, bizdə mahnılar oxunanda yaxud şənliklər olanda çox vaxt ivrit mahnılarını mən azərbaycanca tərcümə edib, oxuyuram yaxud bizim musiqiləri azərbaycanca sözlərlə oxuyuram.dini ayinlərdə iştirak edirəm.
Ən böyük mədəniyyət isə biz də Torada bizim şərtimiz budur ki, biz uşaqlarımıza mərifət və qanacağı öyrətməliyik. Tora kitabında yazılıb ki, düzgün mərifət, qanacaq Toradan da qabağadır.Mən həmişə uşaqlara dərs deyəndə uşaqlara söyləyirəm ki, baxın biz düzdür Azərbaycanda yaşayanda Sovet dövrünü mən nəzərdə tuuram. O dövrdə Azərbaycanda yaşayanda Sovet rejimi Oğuz rayonunda sinaqoq,kilsə, məscid bağlı olub. Düzdür Quba da Bakı da sinaqoq olubdur. Amma mən yaşadığım şəhərdə bunlar fəaliyyət göstərmirdi. Ammma bizdə mərifət,qanacaq olub.Məsələn, böyük yoldan keçəndə biz futbol oynamağı dayandırıb hamımız gözləyirdik ki, həmin adam yoldan keçsin. Kimsə maşına minəndə, avtobusa minəndə əgər böyük varsa hamı ayağa qalxıb yer verirdi. Bu mədəniyyətlə biz böyümüşük.Yəni mərifət,qanacaq hər şeydən qabaqdır.Keçmiş Sovet Respublikasının ölkələrində olmuşam amma mən Azərbaycanda gördüyüm mərifət, qanacaq heç yerdə görməmişəm. Bugünki gündə övladlarıma da həmin o gördüyüm mərifəti qanacağı öyrədirəm.Mən özümlə mərifət,qanacaq gətirmişəm.Bizim kitabda yazılıb ki, Toradan da qabaq deyir ki, mərifət qanacaqdır.Ondan əlavə bizim Toramız var.Bugünki gündə şükürlər olsun yaradan bizə imkan verib ki, biz rahat İsrailə gedib qayıda bilirik. Əvvəlki Sovet dövründəki kimi bağlı qapı arxasında deyilik. Bugünkü gündə çox şükürlər olsun ki, artıq İsraillə Azərbaycan arasında gediş-gəliş rahatdır.Bu bir daha bizim mədəniyyətimizi, kökümüzü, soyumuzu hardasa bir yerdə birləşdirir.Nəinki mən bugünki gündə bir neçə turistlər görürəm mənimkimi burada dünyaya gəlməsə də hiss edirəm elə bilki onlar evdən evə gəlirlər.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →