• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

Biri ləğv edildi: AMEA-da neçə institut qaldı?



Biri ləğv edildi: AMEA-da neçə institut qaldı?

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.

Hazırda AMEA-nın nəzdində 9 institut qalıb:

1. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

2. Memarlıq və İncəsənət İnstitutu;

3. Folklor İnstitutu;

4. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

5. Nəsimi adına Dilçilik İnstitutu;

6. Arxeologiya və Antropologiya İnstitutu;

7. Fəlsəfə və Sosiologiya İnstitutu;

8. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;

9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu.

Qeyd edək ki, AMEA-ya Respublika Seysmoloji Xidmət Mərkəzi də daxildir.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →