• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Dövlət Departamenti: ABŞ Rusiyanın mövqeyinin dəyişə biləcəyi ilə bağlı illüziyaya sahib deyil

ABŞ Dövlət katibi Antoni Blinkenin G20 ölkələrinin XİN rəhbərlərinin Zirvə görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü Vaşinqtonda müzakirələrə səbəb olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məsələyə münasibət bildirən ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bunun sadəcə qısa görüş olduğunu deyib: “Uzunmüddətli təkbətək görüşdən söhbət gedə bilməz. Bilirəm, rusiyalı həmkarlarımız bunu böyütməyə çalışırlar. ABŞ belə qısa ünsiyyətin Rusiyanın yaxın gələcəkdə və ya indiki mövqeyini dəyişdirə biləcəyi ilə bağlı heç bir illüziyaya sahib deyil. Rusiya ilə yaxın vaxtlarda hər hansı yüksək səviyyəli təmas gözləmir”.

Dövlət Departamentinin sözçüsü, həmçinin qısa görüşdə S.Lavrovun diqqətinə üç məsələnin çatdırıldığını qeyd edib: “Rusiyanın nüvə silahlarına nəzarət üzrə START müqaviləsinin dayandırılması ilə bağlı narahatlıq, ABŞ vətəndaşı Pol Uilanın azad olunması və Ukraynaya ölkəsinin dəstəyi”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →