• 15:42 – İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq 
  • 15:29 – Azərbaycan əhalisinin sayı açıqlandı 
  • 15:22 – Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS VERDİ - VİDEO 
  • 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı yenidən bağlanıb

Gürcüstanda davam edən əlverişsiz hava şəraiti səbəbindən bir sıra yollar, o cümlədən beynəlxalq əhəmiyyətli yollara bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın Rusiya ilə yeganə quru yolu olan və Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan Mtsxeta-Stepansminda-Lars yolunda xüsusi rejim tətbiq olunub.

Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən yolun Qudauri-Kobi hissəsində mütəmadi olaraq qar təmizləmə və duz səpmə işləri aparılır. Lakin, kəskin hava şəraiti və yağan qar, həmçinin qar uçqunu, torpaq sürüşməsi nəticəsində yol bağlanıb. Bu səbəbdən də yolda yük avtomobillərinin uzun növbəsi yaranıb.

Qeyd edək ki, “hərbi yol” kimi tanınan Yuxarı Lars yolu eyni zamanda Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru nəqliyyat yoludur. Bu səbəbdən yolda qalan əksər yük maşınları da Ermənistana məxsusdur.

Analoji vəziyyət Gürcüstanı Türkiyə ilə əlaqələndirən digər yollarda da yaranıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →