• 21:35 – "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb 
  • 21:20 – Sabah Bakıya qar yağacaq 
  • 21:17 – Putin Pezeşkianla da danışdı: Vəziyyət son dərəcə gərgindir... 
  • 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 

ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb

ABŞ prezident administrasiyası ölkədə Çinin məşhur “Huawei” şirkətinə texniki avadanlıq ixrac etmək üçün lisenziya verməyi dayandırıb.

AZƏRTAC “Financial Times”ə istinadla xəbər verir ki, ABŞ Ticarət Departamenti ABŞ texnologiyalarını “Huawei”yə ixrac etmək üçün bəzi şirkətlərə lisenziya verilməyəcəyi barədə xəbərdarlıq edib.

Bu arada Bloomberg mənbələri Co Bayden administrasiyasının Çin telekommunikasiya nəhənginə ABŞ texnologiyalarının satışına tam qadağa qoymağı düşündüyünü bildirib. Agentlik qeyd edir ki, Bayden administrasiyasındakı bəzi məmurlar “Huawei”nin bütün satışlarına qadağa qoyulmasını müdafiə edir, lakin yekun qərar hələ qəbul edilməyib. Onlardan bəzilərinin fikrincə, qərarın verilmə vaxtı “Huawei”nin qara siyahıya düşməsinin dördüncü ilinə təsadüf edə bilər.

Xatırladaq ki, 2019-cu ilin mayında ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə ABŞ Ticarət Departamenti bu şirkəti milli təhlükəsizliyi təhdid edən şirkətlərdən hesab edərək “qara siyahısı”na daxil edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →