• 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:19 – Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma 
  • 09:15 – Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb 
  • 09:12 – Trampın təsviri olan 250 dollarlıq əsginaslar hazırlanır 

Çində koronavirusa yoluxma dalğası sona yaxınlaşır

Çinli həkimlər ölkədə vüsət alan koronavirusa yoluxma dalğasının sona yaxınlaşmaqda olduğunu bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin gündəlik məruzəsində deyilir. Məruzədə, həmçinin yanvarın sonlarında ÇXR-də epidemioloji narahatlığın aşağı səviyyəyə endiyi, tibbi müəssisələrin yükünün azaldığı bildirilir.

Ölkədə yanvarın 21-27-də keçirilən və kütləvi səyahətlərlə müşayiət olunan Bahar bayramı tətilləri zamanı yeni ştammların yayılması və yoluxmaların sayında sıçrayışlar qeydə alınmayıb.

Yoluxma hallarının azalması tendensiyası Çinin bütün regionlarında müşahidə olunub. Ölkədə xəstəliyin ağırlaşması, xəstəxanaya yerləşdirilmə və ölüm halları azalmaqda davam edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →