• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Estoniya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya verəcək

Estoniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvil verilməsi prosesinə başlayır, çünki Avropa Komissiyası bu aktivlərdən istifadə edib-etməmək barədə qərar verməkdə heç bir irəliləyiş əldə etmir.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

“Avropa ölkələri Avropa Komissiyasına Ukraynanın bərpası üçün dondurulmuş aktivlərin istifadəsinə imkan verəcək hüquqi sxem hazırlamağı tapşırıblar. Lakin bu məsələ ilə bağlı razılıq hələ də əldə olunmayıb. Biz bunu hökumətdə müzakirə etdik və qərara gəldik ki, paralel olaraq bu pulların istifadəsinə icazə verəcək hüquqi mexanizm yaratmağa başlayaq”, - deyə diplomat qeyd edib.

Urmas Reinsalu bildirib ki, hökumətin belə bir qərarı beynəlxalq hüquq baxımından presedent olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →