• 23:29 – Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! 
  • 23:23 – Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili 
  • 23:18 – Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 

İtaliyanın İskya adasındakı torpaq sürüşməsində ölənlərin sayı 11-ə yüksəlib

İtaliyanın İskya adasında noyabrın 26-da daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində itkin düşən 4 nəfərdən 3-nün cəsədi tapılıb. Beləliklə də, təbii fəlakət nəticəsində ölənlərin sayı 11-ə çatıb.

AZƏRTAC xəbər verir ki, hazırda itkin düşmüş bir nəfərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Torpaq sürüşmə nəticəsində insan tələfatı ilə yanaşı, bəzi evlərin torpaq altında qalması və çoxlu avtomobilin dənizə sürüklənməsi maddi ziyana səbəb olub. Hökumət fəsadların aradan qaldırılması üçün 2 milyon avro ayırıb. Təbii fəlakət adada qeyri-qanuni tikinti problemini də yenidən gündəmə gətirib.

Qeyd edək ki, noyabrın 25-də İskya adasına təxminən 120 millimetr yağıntı düşüb. Bu, son 20 ilin ən güclü yağışı olub. Daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində azı 10 bina dağılıb, 230-dək insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →