• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

ABŞ Ukraynaya yardımı dayandırsa... - Kremldən reaksiya



ABŞ Ukraynaya yardımı dayandırsa... - Kremldən reaksiya

Ukrayna ən çox silah və kəşfiyyat məlumatlarını ABŞ-dan alır, ona görə də Vaşinqtonun bu yardımı dayandırması Kiyevi sülh yolu ilə nizamlanmaya doğru meyilləndirə bilər.

XEBERTV.AZ Axar.az-a istinadən  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalının "Moskva. Kreml. Putin" proqramına deyib.

“Əgər bu tədarüklər dayandırılarsa, Kiyev rejimi ən çox silah-sursatını, bütün texnikasını, bütün kəşfiyyatını itirəcək və ola bilsin ki, həddindən artıq nikbinliyə qapılmadan ümid edə bilərik ki, bu, Kiyev rejimini vəziyyəti sülh yolu ilə həll etmək cəhdlərinə meyil etməyə sövq edə bilər”, - Peskov əlavə edib.

Qeyd edək ki, Trampın göstərişi ilə Ukraynaya hərbi yardım bugündən dayandırılıb. Yardımların dayandırılması artıq göndərilən, amma Ukraynaya hələ çatmayan texnika və sursatlara da tətbiq edilib və ABŞ onları geri qaytarır.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →