• 20:20 – Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi 
  • 20:11 – Taliban və Pakistan arasında silahlı toqquşma 
  • 20:06 – Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? 
  • 20:02 – Ukrayna əsgərləri bu şəhərdə bayraq sancdılar 

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıld





Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı
BAKI-XEBERTV.AZ

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıld

"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanıldıqdan sonra bir sıra rusiyalı məmurlara sözügedən mesencerdə rəsmi yazışmaların silinməsi tapşırılıb.

Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əmr Rusiya hüquq-mühafizə orqanları, hökumət və prezident administrasiyasının əməkdaşlarına gəlib. Mənbələr qeyd edir ki, belə göstərişlər Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəlilərinə və bəzi iri biznesmenlərə də verilib.

Eyni zamanda, jurnalistlərin şərh almaq üçün əlaqə saxladıqları bir çox digər məmurlar belə bir göstəriş almadıqlarını bildirsələr də, bazar ertəsi və çərşənbə axşamı keçirilən iclaslarda yuxarıların bunu tövsiyə edə biləcəyini etiraf edirlər.

Mütəxəssislər təklif edirlər ki, Fransa xüsusi xidmət orqanları Durovdan "Telegram"da kriminal cəmiyyətlə, eləcə də sanksiyaya məruz qalmış şirkətlər və şəxslərlə əlaqəli yazışmalara çıxış əldə etməyə çalışacaq.



Oxu.Az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →