• 22:13 – CENTCOM Hörmüz boğazında 65 gəmini saxladı 
  • 22:02 – "Sabah" tarixinin ən bahalı transferini edir 
  • 21:58 – ABŞ Asiya ölkələri ilə təlim keçirir - Rusiya narahatdır 
  • 21:47 – "Real Madrid" Arda ilə bağlı qərarını verdi 

Qəzza ilə bağlı danışıqların növbəti raundu nə vaxt baş tutacaq?



 


Qəzza ilə bağlı danışıqların növbəti raundu nə vaxt baş tutacaq?

Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu gələn həftə Misirin paytaxtı Qahirədə baş tutacaq.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-dən olan vasitəçilər Dohada keçirilən məsləhətləşmələrin yekunu üzrə dərc olunmuş birgə kommünikedə bildiriblər.

Misir Prezidentinin sözçüsü Əhməd Fəhminin “Facebook”da paylaşdığı sənəddə bildirilib:

“Yüksək vəzifəli hökumət nümayəndələrimiz bu gün müzakirə olunan məsələlərlə bağlı razılığa gəlmək məqsədilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”.

Vasitəçilər əlavə ediblər ki, texniki qruplar yaxın bir neçə gün ərzində sazişin əsas prinsiplərinin həyata keçirilməsi, o cümlədən Qəzzada humanitar vəziyyət və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mexanizmlər hazırlamağa davam edəcəklər.


Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →