• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Astana aeroportunda həyəcan siqnalı verildi

 

BAKI-XEBERTV.AZ 


Qazaxıstanın paytaxtı Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı elan edilib və sərnişinlərdən aviasiya təhlükəsizliyi qaydalarına əməl etmələri xahiş olunur.

 Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə hava limanının məlumatında deyilir.

“Sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrini xahiş edirik”, - məlumatda bildirilir.

Daha sonra hava limanının mətbuat xidməti həyəcan siqnalının sərnişinə görə qaldırıldığını bildirib.

Belə ki, KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin zarafat etdiyini deyib.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (terror aktı haqqında bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi açılıb. Onun 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.




Publika.az



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →