• 22:25 – Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır 
  • 22:20 – Cəlilabadda ana oğlunu öldürdü 
  • 22:17 – Bu energetik içkilərdə təhlükəli maddə tapıldı 
  • 22:15 – SEPAH yeni hücum elan etdi: “Xeybər”, “Qədr”, “Fərəh”lə... 

Rusiya Çerniqovu "İsgəndər"lə vurdu: 7 ölü, 140 yaralı






16:07

Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 90 nəfər isə yaralanıb:

“Yaralananlardan 10-u polis, 12-si isə uşaqdır”.

***

Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 117-yə çatıb.

Bu barədə “RBK Ukraina” məlumat yayıb.

***

Rusiya hərbçiləri Çerniqov şəhərinin mərkəzini “İsgəndər” tipli raketlə vurublar.

Bu barədə Çerniqov vilayəti Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

"Rusiyanın "İsgəndər" raketi ilə endirdiyi raket zərbəsi nəticəsində 7 nəfər həlak olub, 128 nəfər tibbi yardım üçün müraciət edib. Onların əksəriyyətinə ambulator yardım göstərilib, bundan sonra insanlar evlərinə buraxılıb", - deyə Çaus əlavə edib.

***

Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralıların sayı 140-a çatıb.

Bu barədə Çerniqov vilayəti Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

O qeyd edib ki, 140 nəfərdən 41-i xəstəxanaya yerləşdirilib.





axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →