• 20:48 – Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi 
  • 20:41 – Azərbaycandan Bolqarıstana neft ixracı artdı 
  • 20:38 – Tiktokda canlı yayımda söyüş söyən qadın saxlanıldı 
  • 20:35 – Bu MMC-nin lisenziyası ləğv edildi 

Bu qəsəbəni su basdı, sakinlər təxliyə edildi - Video



Bu qəsəbəni su basdı, sakinlər təxliyə edildi - Video

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi əraziləri subasmaya məruz qalıb.

XEBERTV.AZ -ın məlumatın görə bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →