• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Manaf Ağayevin Çimnazla bağlı sözlərinə sərt reaksiya...





Manaf Ağayevin Çimnazla bağlı sözlərinə sərt reaksiya...

Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsi yaraşmaz.

XEBERTV.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.

O, müğənninin "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:

"Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, "Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib" deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz".

G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →