• 20:50 – Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video 
  • 20:40 – İsveç və Norveç nüvə çəkindirmə məsələsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır 
  • 20:36 – İran İsrailin komandanlıq mərkəzinə zərbə endirdi 
  • 20:31 – Hörmüzdə keçid gözləyən gəmilərin sayı... 

Hazırda 3700-dən çox qadın sosial xidmətlərlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 3 min 732 qadın stasionar və səyyar formada olmaqla reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 452-si agentliyin sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayır. Son illərdə reabilitasiya mərkəzləri kimi sosial xidmət müəssisələri də əsaslı təmir olunaraq yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə sakinlərin sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və digər zəruri xidmətlərlə təminatı, onların sosial reabilitasiyası üçün işlər aparılır.

Qurum tərəfindən 3 min 280 tənha ahıl və əlilliyi olan qadın isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →