• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!  

 



Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!



 BAKI-XEBERTV.AZ

Bildiyimiz kimi, cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edib. Bu, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisədir. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. Bu hadisə, şübhəsiz ki, Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, əbədi qürur mənbəyidir. Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Bu gün, quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Stadion cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün, Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Dörd il bundan əvvəl isə, Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Tarixi unutmamaqla həqiqətləri yaşatmalıyıq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – Vətən müharibəsi nəticəsində 

işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Bütün bunlar, təbii ki, müasir tariximizin Zəfər səhifələridir. Üç ay bundan əvvəl – sentyabr ayının 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabr ayının 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabr ayının 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaqdır.


Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

 


                                                                                                                                                                       

                                                                                                                                Hörmətlə,


Müşfiq Ənvər oğlu Əliyev                                                                                                                                


                                                                                                                 Azərbaycan Respublikası


                                                                                  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

                                                                                                                                                                                                                                           

                                                                                                  Qarabağ müharibəsi veteranı, qazi.

                                                                              

                                                                           BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →