• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

8 Mart Beynəlxalq Qadınlar Günü

 8 Mart Beynəlxalq Qadınlar Günü

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin, müqəddəsliyin, paklığın təcəssümü hesab etmiş, ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları tarixən sədaqətli, vəfalı, dərin zəkalı varlıq olaraq cəmiyyət həyatının özəyini təşkil etmişlər. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadının mədəni və intelektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyev qadın məsələsəinə daim yüksək həssaslıqla yanaşmış, Azərbaycan qadınlarının ictimai-siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Məhz onun həyata keçirdiyi digər sahələrdə olduğu kimi gender siyasətində də reallaşdırdığı tədbirlər bu gün qadınların ölkə həyatının bütün sahələrində uğurla təmsil olunduğunun nəticəsidir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər bir daha onu təsdiq edir ki, respublikada qadınların təhsil, mədəniyyət, səhiyyə, idarəetmə, iqtisadiyyat və digər sahələrdə təmsil olunması əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Ulu öndər 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı demişdir:
“Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”
Zaman keçdikcə bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.
Dövlət qadın siyasətinin prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınına cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Ölkə idmanının inkişafına böyük töhfə verirlər.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım müasir Azərbaycan tarixində qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır, eyni zamanda həm ölkə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın hümanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intelektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Azərbaycan qadınları fəxri adlar alır, orden və medallarla təltif edilirlər. Cənab prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →