• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Mustafa Şentop isveçli həmkarının Ankaraya səfərini ləğv etdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu qərar PKK terror qruplaşmasına dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib.

“Bu terror aksiyasına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir”, - deyə parlament sədri bildirib.

Qeyd edək ki, A.Norlen yanvarın 17-də Türkiyəyə səfər etməli idi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →