• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında təntənəli surətdə Vətənə sədaqət andı içiblər.

Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları təbrik edərək onlara təhsildə və xidmətdə uğurlar arzulayıb.

Digər çıxış edənlər gələcəyin hərbi həkimlərinə Vətənə, xalqa və Hərbi anda sadiq olmağı, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.

Andiçmə mərasimindən sonra valideynlər kursantlar üçün yaradılan şəraitlə tanış olublar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →