• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

İki dünya nəhəngi adaya görə toqquşa bilər




Çin lideri Si Szinpin Yeni il təbrikində Çinin Tayvanla birləşməsinin qaçılmaz olduğunu bildirməsi ciddi hadisədir.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin şərhində bildirilib.

Qeyd edilib ki, bu fakt Tayvan mövzusunun 2024-cü ildə də aktuallığını qoruyacağını deməyə əsas verir:

“Pekin Tayvanın Çinə birləşdirmək siyasətini gücləndirəcək. Szinpin hakim Kommunist Partiyasının son qurultayında deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirməyə çalışacaq:

“Ancaq əgər danışıqlar nəticə verməsə, başqa üsullardan da istifadə edilə bilər”. Tayvanın güc yolu ilə Çinə birləşdirilməsi bölgədə hərbi toqquşmaya səbəb olacaq və ABŞ müdaxilə etməyə məcbur qalacaq.

ABŞ-ın məhşur “NBC Nyus” kanalı belə xəbər yayıb ki, Szinpin ABŞ Prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. O, Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Szinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb. Yayılan xəbər görə, Szinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək.

Szinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden onun bu təklifini qəbul etməyib. İki liderin söhbətində Tayvanda 2024-cü ildə prezident seçkiləri də müzakirə edilib. Szinpin bir qisim namizədin açıqlamalarından narahat olduğunu Baydenə bildirib. Ağ Ev sahibi isə Tayvan seçicilərinin qərarına hörmətlə yanaşılması vacibliyini bildirib.

Szinpin anlayır ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq. Ona görə də Szinpin Çin ordusunun modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Röyters”in məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdfiə sistemlərinin gücləndirilməsinə xərclənəcək.

ABŞ “Vahid Çin” konsepsiyasını əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfəri bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bu gərginlik azalmayıb”.



axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →