• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Laçın-Xankəndi yolu: Rusiya sülhməramlılarına məxsus iki avtomobil aksiya yerindən sərbəst keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Laçın istiqamətindən Xankəndinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 14-cü gündür davam edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →