• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Azərbaycanda rəsmi məşğulluğun mühüm artımı müşahidə olunur - Sahil Babayev

Azərbaycanda rəsmi məşğulluğun mühüm artımı müşahidə olunur - Sahil Babayev

Azərbaycanda son üç il ərzində əhalinin məşğulluğu sahəsində genişmiqyaslı islahatlar keçirilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dəyişən qlonal iqtisadiyyatın artım perspektivləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, nazirlik qeyri-rəsmi əmək fəaliyyəti səviyyəsinin azaldılması ilə bağlı işlər aparır.

"Son üç il ərzində Azərbaycanda rəsmi məşğulluq 30 faiz və ya 400 mindən çox əmək müqaviləsi artıb", - nazir deyib.
S.Babayev qeyd edib ki, bu artıma təşviq mexanizmlərinin yaradılması yol açıb.

"Son bir neçə ildə Azərbaycanda 55 minə yaxın mikro və kiçik müəssisə qeydə alınıb, ölkəmiz üçün bu, böyük göstəricidir. Bundan başqa, biz minə yaxın ixtisas müəyyənləşdirmişik. Nazirliyimiz bu ixtisaslar üzrə tədris alan tələbələrə dəstək göstərəcək", - deyə o bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →