• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Ərdoğan Netanyahuya SƏSLƏNDİ: "Bunu bil ki..."



 


"Ey Netanyahu, indi sənin yaxşı günlərindir. Səni çox fərqli günlər gözləyir. Bunu bil ki, gedəcəksən!"

XEBERTV.AZ  xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Darülaceze Sosial Xidmət Şəhərinin açılışında çıxış edərkən deyib.

Qəzzadakı vəziyyətlə bağlı açıqlama verən ölkə lideri deyib:

"Netanyahu çox narahatdır. Ər-Riyad zirvəsi onu çox narahat etdi. Dünən nə dedim: "Ey Netanyahu, indi sənin yaxşı günlərindir. Səni çox fərqli günlər gözləyir. Bunu bil ki, gedəcəksən! Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə"",

"Bütün məsələ İslam dünyasının birliyi, həmrəyliyi və bərabərliyidir. Amma Türkiyənin birliyi, həmrəyliyi və bərabərliyi hər şeydən üstündür. İslam dünyası Türkiyəyə baxır.

Bizim bütün səylərimiz 2011-ci ildən bəri davam edir. Oktyabrın 7-dən bəri bütün səylərimiz daha çox qan, göz yaşı və dağıntı olmadan atəşkəsin təmin edilməsi və bölgəmizdə sülh mühitinin hökm sürməsini təmin etmək üçündür. İslam dünyası ilə birlikdə vicdan və vizyon sahibi olan bütün ölkələri səfərbər etmək üçün önümüzdəki günlərdə təmaslarımızı daha da gücləndirəcəyik", - Ərdoğan qeyd edib.


Publika.az 




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →