• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Əgər dərman aylarla gömrükdə qalırsa... – Nazir müavini



Əgər dərman aylarla gömrükdə qalırsa... – Nazir müavini

Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən ciddi problemdir.

 XEBERTV.AZ xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O, ötən iclasda deputatlardan birinin gömrüklə əlaqədar məsələ qaldırdığını və xaricdən gətirilmiş dərmanların aylarla gömrükdə qalması ilə bağlı fikirlərinə toxunub.

R.İsmayılov xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydaları mövcuddur. Həmin qaydalara görə, idxal olunan dərmanlar 20 günədək müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir.

Nazir müavini bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələrin aparacağını vurğulayıb. O həmçinin dərmanların aylarla gömrükdə qalması ilə bağlı Səhiyyə Nazirliyində məlumat olmadığını qeyd edib.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →