• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a layiq görülüb

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Ən yaxşı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyası mükafatlarının təqdimat mərasimində bildirilib.

İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı.

Mükafatlandırma mərasimi Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) “Dolby” teatrında keçirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →