• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Prezident İlham Əliyev tacikistanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Emoməli Rəhmona başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi”.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Emoməli Rəhmona, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →