• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Bakıda Azərbaycan baletinin əfsanələri Çimnaz Babayeva və Vladimir Pletnyov haqqında film nümayiş etdirilib

Bakıdakı Rus Evində Azərbaycan baletinin əfsanələri, ailə cütlüyü Çimnaz Babayeva və Vladimir Pletnyovun həyat və yaradıcılığına həsr edilmiş “Əbədi duet” adlı sənədli-bioqrafik filmin ilk nümayişi olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evinin rəhbəri İrek Zinnurov gənc nəslin milli balet tarixini öyrənməsinə bu dəyərli töhfəyə görə təşəkkürünü bildirib. Filmin ideya müəllifi Çimnaz Babayevanın şagirdlərindən biri – balet artisti Samir Səmədovdur. Samir Səmədov öz filmində nadir arxiv materiallarından istifadə edib. Azərbaycan tamaşaçısı bu materiallarla ilk dəfə tanış olur.

Film Azərbaycan və ingilis dillərində dublyaj edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →