• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Dünyaya səs salan filmin ikinci hissəsi çəkilir - FOTO

Qladiator” pərəstişkarları üçün sevindirici xəbər var. Belə ki, 23 ildən sonra ikinci hissənin çəkilişlərinə başlanılır.

Mənbənin məlumatına görə, davam filmində Hollivud ulduzları Rassel Krou və Xoakin Fenikslə yanaşı, Cimon Honsu, Konni Nilsen də rol alacaqlar. Çəkilişlərin “Mərakeşin Hollivudu” kimi tanınan Varzazat qəsəbəsində başlanılması planlaşdırılır.

Qeyd edək ki, rejissor Ridli Skot hələ 2021-ci ilin noyabrında filmin davamı barədə elan etmişdi.

“Qladiator” filmi 2000-ci ildə nümayiş olunub. 103 milyon dollar büdcəsi olan film 460 milyon dollar gəlir əldə edib və beş nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →