• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.  


 

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.

 

Məlumdurki, Ağdamrayonu 1930-cuildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.


Bildiyimiz kimi, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi, lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Rəsmi İrəvanın cinayətləri bununla bitmir. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi 

təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.


Azərbaycan Vətən müharibəsini həm döyüş meydanında, həm də, siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabr ayının 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. 2020-ci il noyabr ayının 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Bu isə, öz növbəsində tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən bir təşəbbüsdür. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır.


 Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr:

23.11.2020:

·         Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması;


·         Dağıdılmış Ağdam Cümə məscidini ziyarət.


 

28.05.2021:

·         Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;


·         Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi;


·         Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi;


·         Ağdam Sənaye Parkının təməlqoyma mərasimi;


·         Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq;


·         Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi;


·         Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi;


·         Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi; 


·         Qiyaslı məscidi ilə tanışlıq;


·         Şahbulaq qalası ilə tanışlıq.


13.02.2022:

·         Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimi;


·         “Park Forest Otel Ağdam” mehmanxanasının təməlqoyma mərasimi;


·         Yeni yaşayış kompleksinin təməlqoyma mərasimi;


·         Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq;


·         210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;


·         Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq;


·         Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıq.


04.10.2022:

·         Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq;


·         Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi; 


·         Xıdırlı kəndinin təməlqoyma mərasimi;


·         Kəngərli kəndinin təməlqoyma mərasimi;


·         Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi;


·         “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi;


·         Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq;


·         Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi;


·         Növbəti yaşayış məhəlləsinin təməlqoyma mərasimi;


·         Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi;


·         Sarıcalı kəndinin təməlqoyma mərasimi.


15.10.2023:

·         Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq.


Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

                                                                                                                                                               Hörmətlə,


                                                                                                                                Müşfiq Ənvər oğlu Əliyev


                                                                                                                                               Azərbaycan Respublikası


                                                                                                    Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,


                                                                                Qarabağ müharibəsi veteranı, qazi.


                                                                                               BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.


 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →