• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Ermənistanda artıq bu cür silahlar olmayacaq – İrəvan





Ermənistanda artıq istifadə olunmuş silahlar olmayacaq.

XEBERTV.AZ  xəbər verir ki, bu sözləri Ermənistanın İctimai Televiziyasına müsahibəsində parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.

“Əgər biz silah alırıqsa, onlar yeni və müasir olmalıdır və bu istiqamətdə genişmiqyaslı işlər aparılır”, - o bildirib.

Köçəryanın iddiasına görə, bu silahlar hücum əməliyyatları həyata keçirmək yox, ölkənin sərhədlərini toxunulmaz saxlamaq üçün nəzərdə tutulub:

“Silah strukturumuz şaxələnir. Biz ordunun modernləşdirilməsi üçün əsas olan həm dostlar, həm də silahlar axtarırıq. Təsadüfi deyil ki, müdafiə naziri Fransaya və ya Hindistana gedəndə hamımız baxırıq ki, bu ölkələrin hansı silahları var və nələr gətirilə bilər.

Biz narahatıq ki, müqavilə ilə Rusiyadan alınması nəzərdə tutulan silahlar ölkəmizə hələ gəlməyib. Niyə bizim strateji, müttəfiq münasibətlərimiz bu vəziyyətdədir? Amma bu o demək deyil ki, biz öz ehtiyaclarımızı təmin etmək üçün müttəfiqlərimizlə addımlar atmamalıyıq”.


Axar.az 



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →