• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Paşinyanın yeni fırıldağı - Azərbaycana qarşı fərqli ssenari



 

Paşinyanın yeni fırıldağı - Azərbaycana qarşı fərqli ssenari

Nikol Paşinyan hakimiyyəti Qarabağdan Ermənistana köçmək qərarı verən ermənilərə "qaçqın" statusu vermək niyyətindədir. Bununla bağlı son günlər rəsmi İrəvandan xüsusilə daha çox bəyanatlar eşidirik. Halbuki belə bir qərar qəbul ediləcəyi təqdirdə Ermənistan hakimiyyətinin növbəti absurd, gülünc məntiqinin şahidi olacağıq.

Çünki rəsmi İrəvanın Qarabağ ermənilərinə "qaçqın" statusu verməsi üçün əlində heç bir əsası yoxdur. 19-20 sentyabr tarixlərində Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra ağ bayraq qaldıraraq təslim olan separatçılar təslim olduqlarını və ərazini tərk etməyə razılaşdıqlarını bəyan etdi. Lakin biz bununla yanaşı, başqa bir mənzərəinin də şahidi olduq.

Qarabağı təkcə separatçılar və Ermənistan silahlı birləşmələrinin nümayəndələri yox, eyni zamanda, bölgədəki yerli ermənilər də tərk etdilər. Baxmayaraq ki, bu hadisənin baş verdiyi zamana kimi Prezident İlham Əliyev başda olmaqla bir çox rəsmi Bakı təmsilçiləri az qala hər çıxışlarında bəyan etdilər ki, Qarabağın yerli erməni sakinlərinin qalıb Azərbaycan ərazisində yaşaması üçün Azərbaycan mərkəzi hakimiyyəti nə lazımdırsa edəcək.

Bunun üçün Qarabağ ermənilərindən sadəcə Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımız çərçivəsində - konstitusiyamızın imkan verdiyi şəkildə hər kəs kimi qalıb yaşamaq tələb olunur. Lakin ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyərək, Qarabağdan Ermənistana getməyi seçdilər. Bununla belə, Azərbaycan bütün imkanlarını səfərbər edib Qarabağı tərk edən etnik ermənilərin rahat şəkildə Azərbaycandan çıxması üçün humanitar dəhliz yaratdı, onların sərbəst və təhlükəsiz keçidini təmin etdi.

Söhbət qaçqından gedirsə, yəqin, Nikol Paşinyan və onun idarə etdiyi hakimiyyət bilir ki, kimə bu statusu vermək olar. Nəzərə alsaq ki, bu ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmədilər, o zaman buradan belə bir nəticə çıxır ki, onlar uzun illər Azərbaycan ərazisində qeyri-qanuni şəkildə yaşayıblar. Çünkü lokal antiterror tədbirləri ilə Qarabağda suverenliyini tamamilə bərpa edib, ərazi bütövlüyünü təmin edən Azərbaycanın 86.6 min km/kv ərazisi nəinki bütün dünyada, elə Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən də rəsmi olaraq elan edildi.

Əgər bu ərazi vahidi çərçivəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını daşımaqdan imtina etdilərsə, onlara uzun illər Azərbaycan ərazisində yaşayan miqrant statusundan başqa hər hansı bir ad vermək yanlışlıq olar. Çünkü qaçqın o insanlara deyilir ki, onlar vətəndaşı olduqları ərazilərdən zorla çıxarılıb və məcburi köçkün həyatı yaşayırlar. Lakin bu məsələnin Qarabağ erməniləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Vətəndaşlığımızı daşımayan erməninin Azərbaycandan "qaçqın düşməsi" kimi absurd, paradoksal yanaşma, düşüncə ola bilməz. Elə buna görə də beynəlxalq hüquqla da Qarabağdan Ermənistana qayıdan ermənilər "qaçqın" statusu daşıya bilməz.

Bəs nə üçün Nikol Paşinyan belə bir gediş etmək istəyir?

- Azərbaycana qarşı təzyiq mexanizmlərindən, demək olar ki, tamamilə məhrum olan rəsmi İrəvan indi özünə yeni çıxış yoları axtarır. Görünür, Qarabağla bağlı bütün "rıçaq"larını itirən Ermənistan hakimiyyəti sülh danışıqları masasında əlini gücləndirmək məqsədilə yeni bəhanələr axtarışındadır. Nəticədə, "qaçqınların qayıdışı" məsələsini daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq məqsədi güdür.

- Burada digər maraqlı məqam isə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın geri qayıdışı məsələsini bloklamaq niyyətidir. Çox güman ki, Nikol Paşinyan hər dəfə bu məsələ gündəmə gələndə Qarabağ ermənilərinin - onların təbirincə desək, "ermənilərin Qarabağa qayıdışını" irəli sürməklə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini deaktivləşdirmək barədə düşünür.

- Ermənistan 30 illik işğal dövründə Qarabağda yaşayan ermənilərin sayını süni şəkildə artırıb və bu rəqəmləri hər zaman şişirdilmiş şəkildə ictimaiyyətə təqdim edib. Səbəb gün kimi aydındır: Rəsmi İrəvan məhz bunun müqabilində xaricdən böyük həcmdə ianələr, yardımlar almağı hədəfləyib. Böyük ehtimalla, maliyyə axını "bulağının" birdən-birə quruyacağı narahatlığı Nikol Paşinyanı rahat buraxmır. Bunu nəzərə aldıqları üçün indi bu "mənbə" əldən çıxmasın deyə Ermənistan dövləti yeni çıxış yolları axtarmağa başlayıb.

Zərrə qədər də istisna edilmir ki, rəsmi İrəvan indi də bu ianələri, qrantları "qaçqınlara yardım" adı ilə yenə özlərinə yönləndirməyi ağıllarından keçirirlər. Elə Ermənistan dövlətinin bu gün "qaçqın" statusu vermək istədiyi şəxslərin sayının bu qədər yüksək göstərilməsi niyyətinin arxasında da bu plan dayanır.

Nikol Paşinyanın bu məqsədinə Qərbdən "müsbət" reaksiyaların gələcəyi istisna edilmir. Nəzərə alsaq ki, bu gün Fransanın baş klounluq etdiyi Avropa İttifaqı, Avropa Parlamenti və və digər təsisatlar bacardıqları qədər rəsmi Bakıya ard-arda əsassız təzyiqlər göstərirlər. Bu mövzu da onlar üçün lap göydəndüşmə olacaq kimi görünür. Amma 35 ildən çox bir müddətdə istər Ermənistandan, istərsə də Qarabağdan öz yurd-yuvalarından qaçqın düşən, məcburi köçkün həyatı yaşayanların taleyi heç vaxt Qərbi, onun bu məsələlərə görə cavabdehlik daşıyan təsisatlarını heç vaxt düşündürmədi, narahat etmədi.

30 ildən artıq müddətdə 1 milyondan çox qaçqın-məcburi köçkünü olan Azərbaycan bu qədər problemlərini təkbaşına, öz gücü hesabına həll etdi. Rəsmi Bakı artıq Qərbin bu cür ikili standartlarına alışıb. Azərbaycan son 3 ildə öz taleyini özünün həll etməsinə, çarə tapmasına da alışıb. Necə ki, bunu elə son olaraq lokal antiterror əməliyyatları fonunda gördük.

Təhməz Əsədov
TREND



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →