• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

“Vətəni qorumaq imandandır!”

BAKİ-XEBERTV.AZ 

“Vətəni qorumaq imandandır!”

 
 


“Vətəni qorumaq imandandır!”-deyib Ulu Peyğəmbərimiz. Tarixən igid oğullar doğma Yurdumuzu yağılardan qorumaq üçün silaha sarılıblar.1988-ci ilin fevral ayında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi və Əsgəran şəhərlərində ermənilər bu Muxtar Vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlərə başladılar. O vaxtdan etibarən Azərbaycan xalqının qara günləri başlandı. 1990-cı ilin qanlı Yanvar faciəsi, həmçinin, yaşayış məntəqələrimizin işğalı içimizdə ümidsizlik qığılcımları yaratdı. 1993-cü il iyun ayının 15-də Dahi Şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra döyüşən tərəflər arasında atəşkəs barədə müqavilə imzalandı(10 may 1994-cü il). Müqavilə bağlandıqdan sonra Azərbaycan iqtisadiyyatının inkişafı, həmçinin, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi üçün imkanlar yarandı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə beynəlxalq səviyyədə aparılan danışıqlarda Qarabağın Azərbaycana məxsus olduğu, erməni terrorçularının törətdikləri soyqırım və faciələrdən bəhs olundu. Beləliklə də, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi üçün tarixi zaman yetişdi. 2020-ci ilin iyul ayında Tovuz bölgəsində Ermənistan Silahlı Qüvvələrinin fəallaşması, “N” hərbi hissəsinin məsul əməkdaşları-General – mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və digər döyüşçülərin şəhid olmaları isə düşmən üzərinə hücum etməyin zəruri olduğuna bir işarə oldu. Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşda Ermənistan Ordusu məğlub oldu. Ermənistanın Baş Naziri N.Paşinyan məğlub olduqlarını rəsmən etiraf etdi. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin Başçıları II savaşın bitməsini bildirən sənədə qol çəkdilər. 2023-cü il sentyabrın 19-da Qarabağda başlanan lokal antiterror əməliyyatı isə qeyri-qanuni fəaliyyət göstərən erməni hərbi birləşmələrinin tərksilah olunmaları ilə nəticələndi. Şübhəsiz, tarixi qələbənin qazanılmasında Başda Dövlət Başçısı cənab İlham Əliyev olmaq şərtilə, xarici ölkələrdə yaşayan diaspor təşkilatlarının, həmçinin, Ölkəmizdə fəaliyyət göstərən bəzi Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin də rolu çox böyükdür. Sevindiricidir ki, tarixi qələbənin qazanılmasında Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin, Azərbaycan Qazilər Birliyinin, Respublika Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin, həmçinin, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin də zəruri dəstəyi olmuşdur.
II Vətən savaşının başlanmasının 3-cü ildönümü ilə əlaqədar və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bu Sektorda fəaliyyət göstərən şəxslərin Bakıdakı Fəxri Xiyabana, I və II Şəhidlər Xiyabanlarına ziyarətləri təşkil edildi. Agentliyin İcraçı Direktoru xanım Aygün Əliyeva, həmçinin, Agentliyin Müşahidə Şurasının üzvləri və QHT əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını, həmçinin, Akademik Əziz Əliyevin, ictimai-siyasi xadim Tamerlan Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər. Daha sonra Şəhidlər xiyabanında uyuyan soydaşlarımızın məzarları ziyarət edildi.
Şamil Sabiroğlu, jurnalist.
 
  
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →