• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Şəhid bacısı Quliyeva Nəzakət Əlisəf qızı Pezidentə müraciət elədi

BAKI-XEBERTV.AZ

Göyçay şəhəri Atatürk küçəsində yerləşən 58 Peşə Liseyinin yataqxanasında məskunlaşan şəhid bacısı Quliyeva Nəzakət Əlisəf qızı tərəfindən 

           ŞİKAYƏT 


Mən Quliyeva Nəzakət Əlisəf qızı Göyçay şəhəri Atatürk küçəsində yerləşən 58 Peşə Liseyinin yataqxanasında məskunlaşmışam. Özüm şəhid bacısıyam və eyni zamanda əsgər anasıyam. Yaşadığımız yer olduqca qəzalı vəziyyətdədir. Evin döşəməsi çürüyüb, üst örtüyü isə ümumiyyətlə yoxdur. Nə yayımız var, nə də qışımız. Otağlar ilanlar, əqrəblər və digər zəhərli həşəratlar dolu olur. Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbulunda olmuşam. Ona yalvarıb-yaxarmışam ki, mənə köməklik edin. Lakin o, "bizim sənə yardım etməyə vəsaitimiz yoxdur. Get kimə şikayət edirsən elə, mən heç kimdən qorxmuram. Lap istəyirsən Prezidentə yaz," - deyir. Bir sözlə, Göyçayda istər şəhid bacısı kimi, istərsə də kasıb vətəndaş olaraq heç kim bizi saya saymır, halımızla maraqlanmır.
 Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident! Sizdən çox xahiş edirəm,  bizim başqa bir sığınacağa yerləşdirilməyimiz üçün tapşırıq verəsiniz. Ümid edirəm ki,  Sizin sayənizdə Göyçay Rayon İcra Hakimiyyətində bizi də sayacaqlar, insan kimi dəyər verəcəklər.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →