• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Bu gün Azərbaycan idmançıları müzəffər xalqın idmançılarıdır .

Bu gün  Azərbaycan  idmançıları müzəffər  xalqın  idmançılarıdır .

09 yanvar 2023-cü il tarixində 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.
Tədbirdə çıxış edən Dövlətimizin başçısı bildirib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini bildirən dövlətimizin başçısı deyib: «Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik, öz ölkəsinə sadiq, Vətənini canından da artıq sevən gənc nəslin yetişməsi dövlət başçımızın böyük səyləri nəticəsində həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində mümkün olub. Vətənə ilahi sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəslin nümayəndələrinin Vətən müharibəsində göstərdikləri igidliklər, qəhrəmanlıqlar dünyada dastan oldu. Şübhəsiz, postmüharibə dövründə Azərbaycanın qarşısında erməni vəhşilikləri nəticəsində viran qalan torpaqlarımıza yeni həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlməsi, dünyanın ən inkişaf etmiş diyarlarından birinə çevrilməsi üçün çox böyük işlərin görülməsi durur.
44 günlük Vətən müharibəsi ilə Ermənistan işğalından azad olunmuş ərazilərimizdə bərpa prosesi sürətlə davam edir. Həmin bölgələrimizdə artıq bir neçə idman yarışı keçirilib və bu tədbirlərin daha geniş miqyas alması üçün işlər görülür.
Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi qatılırlar: “İdmançılarımızın tarixi Zəfərimizə qədər qatıldıqları yarışlarla bugünümüz arasında fərq diqqətçəkəndir. Bu baxımdan ki, yarışlara torpaqları işğal edilən ölkənin təmsilçisi kim qatılmaq daim bu çağırışı özündə ehtiva edirdi ki, gücümüzü, iradəmizi göstərməli və qalib olmalıyıq. Sübut etməliyik ki, beynəlxalq idman arenalarında nümayiş etdirdiyimiz gücü, qazandığımız qələbələri döyüş meydanında da qazana, göstərə bilərik. Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və 44 gündə 30 ilin işğalına son qoyuldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Avropa çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurguladı: “Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.”
Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub.2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır.
Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır.Bütün şəhərlərin Baş planları təsdiq edilib
Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar .
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →