• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

İrəvan Rusiyadan gələn dərsliklərə qadağa qoydu




Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rus dilində dərsliklərin paylanmasını dayandırıb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.

“Ermənistan parlamentinin təşəbbüsü və Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında təkrar müraciətlərin nəticələrinə əsasən, Federasiya Şurası rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya rus dilində tədris olunan 50 mindən çox dərsliyin alınması və daha sonra erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olub. Noyabrın 11-dən respublikaya dərsliklər gətirilib, onlara tələbatın çox olduğu məktəblərdə paylanmasına başlanılıb. Böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Təhsil və Elm nazirliyi bu prosesi dayandırıb. Qəribədir ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər. Təəssüf ki, belə siyasi intriqalardan ilk olaraq qardaş erməni xalqının sadə oğlan və qızları əziyyət çəkirlər”, - Vorobyov bildirib.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →