• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Makron Fransaya nəzarəti itirir: GIGN komandoları sahəyə enir




Makron Fransaya nəzarəti itirir: GIGN komandoları sahəyə enir

 

Mağazaların, avtobusların və məktəblərin ləğvini istəmirik. Nahelin ölümünü bəhanə edirlər. Ortalığın sakitləşməsini istəyirik. Nəvəmi öldürən polisə mükafatların verilməsi qəlbimi sızlatdı. O, cəzalandırılmalıdır.

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri iyunun 27-də Fransada polisin açdığı atəş nəticəsində həyatını itirən 17 yaşlı Nahelin nənəsi Nadia deyib.

Qeyd edək ki, Nahel M.-nin polis tərəfindən öldürülməsi Fransada üsyan dalğasına səbəb olub.

Etirazların 5-ci günündə Fransa daxili işlər naziri Gerald Darmanin bazar günü saat 03.00-a qədər ölkə daxilində ümumilikdə 486 nəfərin həbs edildiyini bildirib.

Fransa hökuməti ölkədə üsyanın qarşısını almaq üçün 45 min polis və jandarm səfərbər edib. Britaniyanın “Teleqraf” qəzetində yer alan məlumata görə, görülən tədbirlərin əhatə dairəsi genişləndirilir və mühasirədə olan polisə dəstək vermək üçün xüsusi GIGN komandoları (Fransa Xüsusi Qüvvələri) sahəyə enir.

Həmçinin, təhlükəsizlik məqsədilə Marselə zirehli texnika və helikopterlər göndərilib.

Ölkə daxilində yerli hakimiyyət orqanları nümayişlərə qadağa qoyulduğunu, axşam saatlarında ictimai nəqliyyatın dayandırılması qərarını və bəzi ərazilərdə gecə komendant saatı elan edib.

O cümlədən, Fransanın paytaxtı Parisdə nümayişlər zamanı etirazçılar yanan bir avtomobili Parisin bələdiyyə sədri Vinsent Jeanbrunun evinə çırpıblar.


Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →