• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Sahibkarlarla görüşdə baytarlıq ekspertizası aparılmadan ət satışının yolverilməz olduğu bildirilib

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən ət satışı mağazalarının sahibləri ilə görüşlər keçirib.

Rayonun Əliyar Əliyev küçəsində yerləşən heyvan kəsimi məntəqələrində təşkil olunan görüşlərdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı bildirilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, agentlik fəaliyyətə başladığı dövrdən hazırkı vaxta qədər Bakı şəhəri ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimini həyata keçirən subyektlərə kəsimin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib, bildirişlər paylanılsa da, qanunsuz olaraq küçədə ət kəsimi halları hələ də davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →