• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Edis özündən 11 yaş böyük məşhur modelə evlilik təklif edib

Türkiyəli məşhur model və aparıcı Çağla Şikelin son vaxtlar türk pop musiqisinin ən üzdə olan simalarından biri Edislə sevgili olduğu üzə çıxıb.

Bu iddia ilə türkiyəli məşhur şou yazarı Bülent Cankurt çıxış edib.

O qeyd edib ki, 43 yaşlı model özündən 11 yaş balaca Edislə mütəmadi görüşür, hətta onların bir-birinin əlindən tutduğunun da şahidi olub.

“Edis və Çağla Şikelin bu səmimiyyəti dostluq deyil, sevgidir! Hətta öyrəndim ki, onların eşq hekayəsi yay aylarından başlayıb. Edis Çağlaya zaman-zaman evlilik təklifi də edib və bu məsələdə çox təkid edir”, - deyə Bülent Cankurt vurğulayıb.

Mənbə: Haber Global
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →