• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Füzuliyə böyük qayıdışdan iki il ötür.

  Füzuliyə böyük qayıdışdan iki il ötür.

Yüz minlərlə soydaşımızın yurd, torpaq həsrətinə son qoyan Vətən müharibəsinin başlamasınından artıq iki il ötür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə işğalçı Ermənistan qüvvələrini torpaqlarımızdan qovub çıxaran Azərbaycan Ordusu Qarabağı azadlığa qovuşdurdu. Azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri başlanıb, yollar çəkilir, digər infrastruktur layihələri icra olunur.
Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına coxsaylı yeniliklər gətirəcək, Böyük qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunacaqlar.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Füzuli rayonu 1993-cu il 23 avqust yarixində ermıni qəsbkarları tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. O cümlədən Abşeron rayonu ərazisində 1552 ailə 5925 nəfər Füzuli rayonundan məcburi köçkün kimi müxtəlif kənd və qəsəbələrdə, həmçinin yataqxana, məktəb, uşaq bağçası, inzibati binalarda məskunlaşmışlar.
Füzuli rayonunun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix, mədəniyyət abidələrinə dəyən zərərin məbləği milyonlarla ölçülür. 1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür. Nəhayət 27 sentyabr 2020 ci ildə Dəmir Yumruq əməliyyatı başladı, 44 gün davam edən Vətən müharibəsi zamanı 17 oktyabr 2020 ci il tarixdə Füzuli rayon mərkəzi işğaldan azad olunmuşdur.
Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış başlamışdır. Artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →