• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Abşeronda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir

Abşeronda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, Abşeron rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir.

Bu gün mini-futbol idman növü üzrə yarışlara start verilib. Mini-futbol turnirinin 8/1 final mərhələsini izləyənlər arasında Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev də olub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra çıxış edən Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış uğurların ilbəil artması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Abşeronda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir
Abşeronda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir
Abşeronda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →